Azərbaycanın sığorta şirkətləri 2019-ci il üzrə maliyyə göstəricilərini açıqlayıblar.
Banker.az 2019-ci il üzrə yekun hesabatını açıqlayan sığorta şirkətlərinin maliyyə nəticələrini araşdırıb və sözügedən dövr üzrə aktivlərinə görə sığorta şirkətlərinin renkinqini hazırlayıb.
Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında aktivlərin həcminə görə renkinqin ilk pilləsində “Paşa Həyat Sığorta” şirkəti (400 milyon 126 min manat) qərarlaşıb. İkinci pillədə “Paşa Sığorta”, üçüncü yerdə isə “Atəşgah Həyat” yer alıb.
Araşdırmanın nəticələrinə görə, ən az aktivi olan sığorta şirkətləri “Amrah Sığorta” – 7 milyon 47 min manat, “Bakı Sığorta” – 10 milyon 924 min manat, “Günay Sığorta”dır – 14 milyon 420 min manat.