9 C
Baku
Thursday, December 12, 2024

ÜST: Azərbaycan karantin rejimindən mərhələli şəkildə çıxmalıdır

“Koronavirus pik həddə çatdığı zaman Azərbaycanda da karantin rejimi tətbiq edildi. Yoluxucu xəstəliyin qarşısının allnması müxtəlif istiqamətli olur”.

Bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi online brifinqdə deyib.

Onun sözlərinə görə, dünyada bu infeksiyanın qarşısını almaq üçün nə peyvənd, nə də dərman var: “Ona görə də insanları təcrid edib yoluxmanın qarşısını almaq vacib idi. Karantin rejiminin tətbiqi də buna yönəlmiş addım idi. Bu gün də bu qərarın nəticəsini görürük”.

ÜST rəsmisi bildirib ki, Azərbaycan karantin rejimindən çıxış prosesini də mərhələli şəkildə icra etməlidir.

©Report

Son xəbərlər
Digər xəbərlər