2 C
Baku
Sunday, December 15, 2024

Gürcüstanın Baş Naziri: “Ukraynada Saakaşviliyə vəzifə verilməsi qəbuledilməzdir”

“Gürcüstanda məhkum edilmiş və axtarışda olan şəxsə strateji tərəfdaş ölkədə vəzifə verilməsi bizim üçün qəti şəkildə qəbuledilməzdir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstanın Baş Naziri Giorgi Qaxariya sabiq Prezident Mixail Saakaşvilinin Ukrayna Baş Nazirinin müavini təyin edilməsi məsələsinə münasibət bildirərkən deyib.

O bildirib ki, belə bir addım atılacağı təqdirdə Gürcüstan tərəfindən adekvat reaksiya veriləcək.

“Ukrayna xalqı bizimlə qardaş xalqdır və Ukrayna bizim strateji tərəfdaşımızdır. Qısamüddətli siyasi məqsədlər naminə uzunmüddətli siyasəti dəyişmək çətindir. Bununla belə, Gürcüstan üçün strateji tərəfdaş olan ölkədə Gürcüstanda məhkum edilən və axtarışa verilən şəxsi Baş Nazirin müavini təyin edilməsi şəxsən mənim üçün qəbuledilməzdir. Bu cür addım təbii olaraq Gürcüstan tərəfindən adekvat şəkildə cavablandırılacaq”, – deyə G. Qaxaria vurğulayıb.

G. Qaxariya qeyd edib ki, Ukrayna Radası qərarı dəstəkləyəcəyi təqdirdə Gürcüstanın Ukraynadakı səfiri geri çağırılacaq və məsələ ilə bağlı məsləhətləşmələr aparılacaq.

Xatırladaq ki, bir neçə gün əvvəl V. Zelenski M. Saakaşviliyə Ukrayna Baş Nazirinin islahatlar üzrə müavini vəzifəsini təklif edib. Gürcüstanın sabiq Prezidenti və Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Prezidenti Vladimir Zelenskinin vəzifə təklifini qəbul edib.

©

Gürcüstanın Baş Naziri: “Ukraynada Saakaşviliyə vəzifə verilməsi qəbuledilməzdir”

APA

Son xəbərlər
Digər xəbərlər