6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda yük göndərənin məsuliyyəti artırılır

Azərbaycanda yük göndərənin daşıyıcı qarşısında məsuliyyəti artırılır.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, Məcəllənin 853.2-ci maddəsində “məlumatın” sözü “məlumatların və sənədlərin” sözləri ilə əvəz edilir. Bununla da yük göndərən yalnız məlumatın deyil, sənədlərin də olmamasına görə dəyən zərərin əvəzini ödəyəcək.

Hazırkı maddədə isə qeyd olunur:

“Yük göndərən bu məlumatın olmaması və qeyri-dəqiqliyi nəticəsində dəyən zərərin əvəzini ödəyir”.

©Trend

Son xəbərlər
Digər xəbərlər