10 C
Baku
Thursday, December 12, 2024

Kənd təsərrüfatının inkişafı üçün mikrokreditlərin verilməsinə başlanılıb®

“AccessBank” fermerlərə mikrokredit verən ilk bank oldu. Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə tərəfdaşlığın nəticəsi olaraq, bankın müştəriləri dövlətin aqrar sahəyə verdiyi girovsuz güzəştli  mikrokreditlərdən faydalana bilərlər.  Güzəştli mikrokreditlərdən ilk faydalananlar bankın Bərdə filialının müştəriləri olub. Bu gün onlar “AccessBank”dan kreditlərini əldə edərək, təsərrüfatlarının inkişafı üçün zəmin əldə ediblər.

Azərbaycan Respublikası Prezidentinin 8 aprel tarixli fərmanı ilə aqrar sahənin maliyyələşdirilməsində yeni mərhələ başlayıb. Fərmanla Aqrar Kredit və İnkişaf Agentliyininin  səlahiyyətləri artırılıb. Bu Fərman fermerlərə bağçılıq, əkinçilik, heyvandarlıq və digər ailə-fermer təsərrüfatlarının yaradılması və genişləndirilməsi üçün 15 min manatadək girovsuz mikrokredit vermək imkanı yaradır.

“AccessBank”ın İdarə Heyətinin Sədri Anar Həsənov bildirib:”“AccessBank” ilbəil kənd təsərrüfatındakı biznesləri planlı şəkildə dəstəkləyir. Hər ay bank tərəfindən verilən kreditlərin 50%-dən çoxu kənd təsərrüfatı ilə məşğul olan bizneslərə verilir. Təkcə son bir il ərzində  bank tərəfindən 120 milyon manat məbləğində 35 min mikro kredit verilib. Bu gün kənd təsərrüfatına dəstəyimizi AKİA ilə əməkdaşlıq sayəsində daha da genişləndiririk.”

AKİA Sədri Mirzə Əliyev bildirib:”Biz əminik ki, bu layihə kənd  təsərrüfatı sahəsində kiçik sahibkarların artmasına, kiçik fermer təsərrüfatlarının möhkəmlənməsinə səbəb olacaq.”

Fermerlər aqro kreditlərdən yararlanmaq üçün “AccessBank”ın 151 Məlumat Mərkəzi ilə əlaqə saxlaya və ya bankın filiallarına  yaxınlaşa bilərlər. 

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik bizneslərə xidmət göstərir. Bankın 15-i Bakıda, 13-ü regionlarda olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.

AccessBank AKIA 2

Son xəbərlər
Digər xəbərlər