2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda turizm mütəxəssislərdən ibarət “beyin mərkəzi” yaradılacaq

Azərbaycanın bütün turizm qurumlarının səyi ilə yaxın günlərdə daxili turizmin fəaliyyəti və inkişaf perspektivlərinin dəqiq mexanizmi işlənib hazırlanaraq müvafiq qurumlara təqdim olunacaq.

Azərbaycan Turizm Assosiasiyasından (AZTA)  verilən məlumata görə, Assosiasiya nümayəndələri tərəfindən pandemiya dövründə Azərbaycan turizminin mövcud vəziyyəti, həmçinin karantindən sonrakı və postpandemiya dövründə daxili turizmin inkişafını sürətləndirən amillər nəzərdən keçirilib.

Qurumlar arasında Assosiativ Tərəfdaşlıq haqqında Memorandum qəbul edilib.

Memorandumun əsas məqsədi vahid platformadan çıxış edərək bütün səyləri bir araya gətirib, turizm qurumları arasında qarşılıqlı, səmərəli və faydalı əməkdaşlığı inkişaf etdirmək, turizmin inkişafında vətəndaş cəmiyyəti nümayəndələrinin fəallığını yüksəltmək, hər bir qurumu təmsil edən mütəxəssislərdən ibarət “beyin mərkəzinin” yaradılması, zəruri layihələrin birgə işlənməsi, ölkənin turizm potensialının üzə çıxarılması və təbliği kimi məsələlərdir.

©APA

Son xəbərlər
Digər xəbərlər