Öz ənənələri, qədim qalaları, müsəlman ehramları, otelləri və bütün bunlarla yanaşı müasirliyi ilə nağıllara bənzəyən bu ölkəyə səfər etmək istəsəniz doğru qərar vermiş olarsınız.
BƏƏ-də turlar o qədər müxtəlifdir ki, mövsümdən asılı olmayaraq bütün bir il üçün keyfiyyətli və unudulmaz tətil qazana bilərsiniz.
Bu müsəlman ölkəsi öz adət-ənənələri ilə zəngindir və yerli əhali tərəfindən hörmətlə qarşılanır. Burada spirtli içkilər elə də xoş qarşılanmır və hətta bəzi ərazilərdə spirtli içki qəbuluna və daşınmasına cinayət məsuliyyəti nəzərdə tutulub.
BƏƏ-də havanın temperaturu yüksək olduğundan avtobus dayanacaqları kondisionerlərlə təchiz edilib. Ölkədə yol polislərini görmək mümkün deyil. Əgər qaydaları pozsanız hadisəni ətrafda çoxlu sayda quraşdırılmış kameralar qeydə alacaq. Daha sonra isə texniki baxışdan keçdikdə sizə ödəməli olduğunuz cərimə məbləği təqdim ediləcək. Yeri gəlmişkən, qaydaları pozmağa görə təyin edilmiş cərimələr kifayət qədər yüksəkdir. Bu səbəbdən də adətən bu ölkədə yol qaydalarını pozan turistlər olur.
Lakin Birləşmiş Ərəb Əmirlikləri tək özünün qadağaları ilə məşhur deyil. Ölkə özünəməxsus rekordları ilə də tanınmağı bacarıb. Dünyanın ən böyük ticarət və əylənvə mərkəzi məhz burada yerləşir. Bu mərkəzdə 1200-dən çox müxtəlif mağaza və ticarət məntəqəsi yerləşir.
Buradakı geniş çeşidli kafelərin, restoranların, attraksionların, əyləncə mərkəzlərinin sayı-hesabl isə yoxdur. Turistlərin və yerli əhalinin əsas istirahət mərkəzi məhz buradır.
Səyahətə uşaqlarınız ilə birgə gedirsinizsə mütləq olaraq məşhur akvariuma səfər edin. Bu akvarium dünyanın ən iri həcmli akvariumu adına layiq görülüb və 33 mindən çox dəniz canlısına sahibdir.
Birləşmiş Ərəb Əmirlikləri – dünyanın ən zəngin ölkələrindən biridir və çoxlu sayda milyonerlərin yaşadığı bir yerdir. Ailədə oğlan uşağının dünyaya gəlməsi hökumət tərəfindən mükafatlandırılır. Gənclərin toy etməsi üçün dəbdəbəli villa təmin edilir və pul mükafatı verilir.