Dövlət bankı Azər Türk Bankın 01 aprel 2020-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% artaraq 338,2 milyon manat səviyyəsində olmuşdur.
Bankın kredit portfelinin həcmi 161,6 milyon manat təşkil etmişdir ki, bu da ötən ilki göstəriciyə nisbətən 3% çoxdur.
Bankın məcmu kapitalının həcmi 50,5 milyon manat olmuşdur. Məcmu kapitalın adekvatlığı 36%, leverec əmsalı 14% səviyyəsində olmuşdur ki, bu da müəyyən edilmiş normadan yüksəkdir. Kapitalın gəlirliliyi ( RoE əmsalı) 2% səviyyəsində olmuşdur.
Ümumi gəlirlər 7,6 milyon manat, xərclər 7,2 milyon manat təşkil etmişdir. Birinci rübdə Bank 376 min manat həcmində xalis mənfəət əldə etmişdir.
Cəmi bank öhdəliklərinin həcmi 282 milyon manat təşkil etmişdir.
Bank 128 milyon manat həcmində depozit cəlb etmişdir ki, bunun da 41,8 milyon manatı əhalinin əmanətləridir.
Bankın müştərilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 40% artaraq 74 467 nəfərə çatmışdır.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.