Cari ilin iyul ayının 1 tarixində Azərbaycanda fəaliyyət göstərən 44 bankdan 36-sı mənfəətlə, 8-i zərərlə işləyib. Ötən ay isə zərərlə işləyən bankların sayı 10 -a çatmışdır.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, Banklar tərəfindən əldə edilmiş yekun mənfəət isə 200,72 mln manat təşkil edib.
Mənfəətlə işləyən 36 bank üzrə bank sisteminin cəmi mənfəəti 235,06 mln manat olub. Ötən ay isə 34 bank üzrə mənfəət 237,48 mln manat təşkil edirdi. Zərərlə işləyən 8 bank üzrə bank sisteminin cəmi zərəri 34,34 mln manata çatıb. Həmin bankar üzrə də bank sisteminin zərəri 1,82 milyon manat və yaxud 3% artıb.