Muğanbank 2020-ci ilin ilk rübünü 1 milyon 300 min manat zərərlə başa vurub. Ötən ilin müvafiq dövründə isə bank 8 milyon 308 min manat zərər etmişdir. Belə ki, “Muğanbank”ın zərəri 6,4 dəfə azalıb.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
2020-ci ilin yanvar-mart aylarında “Muğanbank”ın cəmi gəlirləri 11 milyon 807 min manat (illik müqayisədə 80% az), cəmi xərcləri 12 milyon 427 min manat (illik müqayisədə 78% az) olub. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara isə 680 min manat ayrılıb.
“Muğanbank”ın cari ilin 3 ayında cəmi aktivləri 605 milyon 734 min manat təşkil edib ki, bu da 2019-cu ilin sonu ilə müqayisədə 8,3% azalma deməkdir. Bunun 378 milyon 228 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 3 ayda bankın kredit portfeli 3,3% artıb.
Yanvar-mart aylarında bankın cəmi öhdəlikləri 9,5% azalaraq 519 milyon 489 min manat, o cümlədən depozit portfeli 19% azalaraq 271 milyon 58 min manat olub.