Bu il yanvarın 1-nə olan vəziyyətə görə, “Naxçıvan Sığorta” ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 4-ünün nizamnamə kapitalı dəyişib.
Banker.az xəbər verir ki, bunlar “Meqa Sığorta” (23 milyon manat), “Standard İnsurance” (12 milyon 600 min manat), “Xalq Sığorta” (58 milyon 751 min manat), “Qala Həyat Sığorta” (13 milyon 42 min manat) şirkətləridir.
Nizamnamə kapitalında ən çox artım olan şirkət “Meqa Sığorta” (59%), ən az artım olan isə “Qala Həyat Sığorta” (1,3%) şirkətidir.
Qalan 17 sığorta şirkətinin nizamnamə kapitalı dəyişməyib.
Bildirək ki, ən çox nizamnamə kapitalı olan sığorta şirkətlərindən 1-ci yerdə Xalq Sığorta” (58,781 milyon manat), 2-ci yerdə “PAŞA Sığorta” (50 milyon manat), 3-cü yerdə “PAŞA Həyat Sığorta” (40,25 milyon manat) dayanır. Ən az kapitalı olan şirkətlər isə “Amrah Sığorta”, “Atəşgah Sığorta” və “Atəşgah Həyat Sığorta”dır.