Yaxın dörd-altı həftə ərzində neft bazarındakı təzyiq davam edəcək və bu, qiymətlərin yenidən sıfıra enməsi ilə nəticələnə bilər. Banker.az xəbər verir ki, bu barədə “Saxo Bank” ın mütəxəssisi Ole Hansen məlumat verib.
“Qiymət dinamikasına gəldikdə, hər şeyin əhəmiyyətli dərəcədə yaxşılaşacağını söyləyə bilərik. Lakin bu nöqtəyə çatmazdan əvvəl qarşıdakı dörd-altı həftə ərzində güclü təzyiq ilə qarşılaşacağıq. Və bir daha qeyd edim ki, WTI sıfıra, Brent isə sıfıra yaxın göstəricilərə düşə bilər”, – mütəxəssis qeyd edir.
“Vəziyyət olduqca kritikdir. Və onu başa düşmək üçün sadəcə göstəricilərə baxmaq lazımdır”, – Hansen əlavə edir. Xatırladaq ki, Beynəlxalq Energetika Agentliyi may ayında neftə olan tələbatın gündə 29 milyon barelə qədər azalacağını proqnozlaşdırıb.
“Bazarda böyük bir partlayış olacaq”, – ekspert bildirir. Onun fikrincə, bu, neft bazarında böyük iz buraxır. Məsələn, ABŞ-ın Oklahoma ştatındakı ən böyük neft anbarında artıq yer yoxdur və bu, WTI neftinin sıfırdan aşağı olan qiymətə düşməsinə səbəb olub.