Ticarət – tərəqqinin mühərriki – çoxdan yaransa da, nizamlı birjalar XV əsrdə meydana gəlmişdir. Tacirlərin mal satmaq üçün toplaşdığı ilk yer Avropadakı Bruqqe meydançası olmuşdur. Bir əsr sonra, yalnız qiymətli kağızlarla ticarət üçün ixtisaslaşmış yerlər meydana çıxdı. Əsrlər keçdi, birjalar isə milyonlarla kommersant və biznes nümayəndələrini cəlb etməyə hələdə davam edir. Onların tək məqsədi qazanc əldə etməkdir. Qeyd edək ki, müasir dövrdə də birja əsas məqsədini itirməmişdir – alıcı və satıcı arasında ticarət əməliyyatının baş tutumasını təşkil etmək və bundan komissiya qazanmaq.
Fond birjası nədir?
Fond bazarı ticarət qaydalarına uyğun olaraq, öhdəliklərin yerinə yetirilməsinə zəmanət verərək səhmlərin, istiqrazların və digər qiymətli kağızların alqı-satqısı üçün yaradılmışdır.
Birja – iştirakçıların nəzarəti ilə qiymətli kağızlarla mütəşəkkil ticarət yeridir. İştirakçılar arasında aparılan hər bir əməliyyat qeydiyyatdan keçir. Hüquqi şəxslər fond birjası vasitəsilə biznesin və istehsalın inkişafı üçün maliyyələşdirmə məsələsini həll edirlər. Fiziki şəxslər üçün isə aktivlərin dəyərinin artmasından mənfəət əldə etmək imkanını qazanırlar.
İlkin mənada birja – mülkiyyət hüquqlarının yenidən bölüşdürüldüyü təkrar bazardır. Emitent şirkətin müəyyən miqdarda pul itkisi barədə danışsalar da, bu, müəssisənin təsərrüfat fəaliyyəti üçün hər hansı bir konkret itkilər olmadan səhmlərin dəyərinin düşməsi deməkdir. Səhmlərin dəyərinin düşməsi yalnız şirkətin ümumi imicinə mənfi təsir göstərə bilər.
Təkrar bazarda ticarət etmək üçün müxtəlif funksiyaları olan iştirakçılar cəlb olunur – ilkin investorlar (anderrayterlər və ya investisiya konsorsiumları), investisiya şirkətləri və investorlar. Birjanın qaydalarına uyğun olaraq birinci səhmlərin ilkin kütləvi yerləşdirilməsi nəzərdə tutulsa da, əsas dövriyyə qiymətli kağızların, maliyyə alətlərinin və investor kapitalının olduğu təkrar bazardan asılıdır. Təkrar bazar fiziki şəxslər ilə birbaşa və ya dolayı (investisiya bankları və fondlar vasitəsilə) əməliyyatlara xidmət göstərir.
İnvestorların sayı və cəlb olunmuş kapitalın həcmi, iqtisadiyyatın müəssisələrin inkişafını maliyyələşdirmək problemini həll etmək məqsədi ilə səmərəli işləmə qabiliyyətindən asılıdır. Qeyd edək ki, qiymətli kağızların birja bazarı ilə yanaşı, daha az əhəmiyyətli olan birjadan kənar bazar da var. Birja sayəsində fərdi investor alqı-satqı əməliyyatının icrası ilə bağlı təhlükəsizliyin təmin edilməsinə əmin ola bilər.
Birja bazarındakı əməliyyatlardan fərqli olaraq, birjadan kənar əməliyyatlar kontragentlərin birbaşa iştirakını tələb etmir. Adətən birjadan kənar əməliyyatlar, emitent şirkət listinq keçirmək istəmədiyi və ya belə bir imkana sahib olmadığı halda aşağı likvidli qiymətli kağızlara aid olunur.
Birjanın funksiyaları
Fond birjasındakı əməliyyatlar standartlaşdırılıb və onun müəyyən etdiyi qaydalara uyğun olmalıdır. Birjada keçirilən hərraclar sayəsində qiymətli kağız kapitala çevrilir.
Ümumilikdə, birjanın fəaliyyəti bu kimi fünksiyaları yerinə yetirir:
- Fəaliyyət göstərdiyi müddətdə qiymətli kağızlarla ifadə olunmuş pulları dövlətlər və regionlar, sənaye sahələri və iqtisadiyyat, habelə eyni sahənin müəssisələri arasında bölüşdürür.
- Sərmayə qoyulmuş kapitalın həcmi və investorun statusu nəzərə alınmaqla, şirkətə qoyulan investisiyaların yenidən bölüşdürülməsini həyata keçirir. Vəsaitlərini banka əmanət edən hər bir investor istəmədən birja iştirakçısına çevrilə bilər.
- Səhmdarların və ya investorların şirkətdəki paya sahib olması hüququnun sabitlənməsi.
Şirkətin maliyyələşdirilməsində iştirak etməsi müxtəlif nəticələrə səbəb ola bilər. Qeyd edək ki, burada nəhəng borcların yaranması və müəssisənin iflas etməsi riski var. Buna baxmayaraq, uzunmüddətli perspektivdə qiymətli kağızlar gəlirli hesab olunur.
Birjanın iştirakçıları
Birja investor və emitentin görüşəcəyi yer olduğundan, əsas iştirakçılar bunlardır:
- İnvestor – gəlir əldə etmək üçün seçdiyi şirkətə sərmayə qoyan şəxs. İnvestor kotirovkalara əsaslanaraq səhm alqı-satqısı ilə məşğul olur. Bunun üçün o, brokerə müraciət edir və özünə broker hesabını açır.
- Broker – emitent şirkət və investor arasında qarşılıqlı əlaqəni təmin edir. Broker şirkəti investorun göstərişlərinə uyğun olaraq hərəkət edir. Çox vaxt broker şirkəti qismində bankın ayrı-ayrı şöbələri çıxış edir.
- İdarəçi nümayəndə – investorun maraqlarından çıxış edir, onun seçdiyi şirkətə müəyyən edilmiş strategiyaya uyğun hərəkət etməyi tapşırır.
- Emitent – fəaliyyətini inkişaf etdirmək və maliyyə ehtiyaclarını ödəmək üçün investorlardan kapital cəlb etməyə ehtiyacı olan şirkət.
Qiymətli kağızların yaradılması, yerləşdirilməsi və idarə edilməsi prosesi zamanı iştirakçılar birjanın müəyyən etdiyi qaydalara əməl etməyə məcburdurlar.
Birjada alqı-satqı
Birjaların bütün diqqəti əsasən qiymətli kağızların kotirovkalarına (qiymətlərinə) yönəlir. Qeyd edək ki, qiymətli kağız dedikdə, yalnız səhmlər nəzərdə tutulmur. Ticarət obyekti qismində istiqrazlar və paylar, o cümlədən digər maliyyə alətləri çıxış edə bilər.
Birjadakı fəaliyyətin mahiyyətini səhmlərin nümunəsində nəzərdən keçirmək olar. İnvestor həm səhm, həm də emitentin biznesinin bir hissəsinə sahib olur. Beləliklə, gəlir səhmdarlara divident şəklində paylanır.
Əlbəttə ki, səhmlər özü-özünə yaranmır. Onların emissiyasını (buraxılışını) birjada iştirak edən şirkət və ya maliyyə cəlb etmək istəyən dövlət tərəfindən təşkil olunur. Şirkət bankdan kredit almaq əvəzinə, cəlb etməli olduğu məbləğə bərabər olan sayda səhm buraxır.
İkinci ən geniş yayılmış variant – investorun müəyyən müddət ərzində borcu faizlə geri qaytarmaq öhdəliyi qarşılığında istiqrazların buraxılması. Əslində istiqraz bank kreditini əvəz edir.
İnvestorun qarşısında iki seçim var: ya borc vəsait götürmək, ya da müəssisədən pay almaq. Onun səhm və ya istiqraz alması da bu seçimdən asılıdır.
Birjaya kim nəzarət edir?
İştirakçıların bütün qanun və qaydalara riayət etmələrinə tənzimləyici nəzarət edir. Hər bir ölkənin bu məqsədlə öz orqanı, komissiyası, dövlət və ya kommersiya təşkilatı var.
Tənzimləyicinin səlahiyyətinə müəyyən edilmiş tələblərə uyğun olaraq lisenziya vermək daxildir. Lisenziyalaşdırma ilə yanaşı, tənzimləyici vacib rəsmi məlumatlar yayımlayır.
Qanun pozuntusu aşkar edildiyi halda (insayder ticarəti, oğurluq, qiymətli kağızlarla manipulyasiyalar və s.) tənzimləyici araşdırma aparır, nəticədə qayda pozucusu cərimələnir və lisenziyasını itirir.
Məsələn, ABŞ-da tənzimləyici orqan qismində SEC çıxış edir – Qiymətli Kağızlar və Birjalar Komissiyası.