6 C
Baku
Monday, December 16, 2024

AMB sədri: ‘Heç kimdən heçnə gizlədilmir’

“Bu dəfə vəziyyət [pandemiya ilə bağlı] belədir ki, konkred Azərbaycan vətəndaşının təhlekəsizliyi sağlamlığı dururdu – bunun üçün biz çox iqtisadi itgilərə getdik”.

Banker.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı sədri Elman Rüstəmov AzTv-nin efirinə deyib.

Lakin, baş banker makroiqtisadi durumla bağlı bildirir ki, situasiya dayanıqlıdır: “Xarici mühit olduqca gərgindir. Olduqca mürəkkəbdir və qeyri-müəyyəndir. Baş verən böhran qeyri-adidir. Yəni, bütölükdə həm tələbi, həm tə təklifi əhatə edir. Bizim üçün ən əhməiyyətli olan neft faktoru – bilirik ki, ixrac potensialını bu əhatə edir”.

“Lakin, bird aha demək istəyirəm ki, Azərbaycan iqtisadiyyatı bir daha qeyd etmək istərdim, kifayət qədər dayanıqldır və onun kifayət qədər resursları var. Mən deyərdim ki, dirəniş imkanları var. Bunlardan da istifadə edirik. Bizim insanlar və iş adamları görürlər ki, hökumətin addımlarından, Mərkəzi Bankın addımlarından hiss eləməlidilər. Gözləntilərini də formalaşdırmalıdırlar ki, biz geriyə çəkilmirik. Problemin qarşısında dayanmışıq, həll etməyə çalışırıq”, deyə E.Rüstəmov deyir.

Baş banker qeyd edib ki, Azərbaycan hökuməti çağrışları qəbul edərək buna cavab da veir: “Artıq iki aydır vəziyyət çox dramatik formada davam edir… Bizi istəməyən bir çox qüvvələr proqnozlar qururlar, arzu olunanları həqiqət kimi verməyə çalışırlar. Həqiqət budur ki, (Prezident toplantıda da bu mövzuya toxundu) biz heç kimdən heçnəyi gizlətmirik. Reallıq nədir, ona uyğun situasiyanı deyirik”.

Son xəbərlər
Digər xəbərlər