Tokio qubernatoru Yuriko Koike, ölkədə fövqəladə rejiminin uzadılmasını tələb etmək niyyətində olduğunu açıqlayıb, çünki Yaponiya paytaxtında koronavirusun yayılması ilə bağlı vəziyyət “hələ də mürəkkəbdir”.
Banker.az bu barədə “Ria.az”a istinadən xəbər verir.
“Koioda vəziyyət (koronavirus ilə əlaqədar olaraq) hələ də mürəkkəbdir. Fövqəladə vəziyyət rejiminin uzadılmasını tələb edəcəyəm”, – Koike bildirir.
Xatırladaq ki, Yaponiyada fövqəladə vəziyyət rejimi aprelin 8-də elan edilmişdir. Digər ölkələrdən fərqli olaraq, Yaponiyada fövqəladə vəziyyət rejimi cərimə və ya digər cəza tədbirlərini nəzərdə tutmur.
Bu günə qədər Yaponiyada 14 607 nəfər yoluxma halı qeydə alınıb, onlardan 426 nəfər dünyasını dəyişib.