Birinci yeri pomidor, ikinci yeri pambıq mahlıcı tutur – 429 milyonluq ixrac

2020-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda qeyri-neft sektoru üzrə 429 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-mart ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 13,7 milyon ABŞ dolları və ya 3,3 faiz artıb.

2020-ci ilin yanvar-mart ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (43,9 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (42,8 milyon ABŞ dolları)  ikinci və qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 36,3 milyon ABŞ dolları) üçüncü olub.

Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin aprel sayında bildirilir.

2020-cu ilin mart ayında qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor – 19,2 milyon ABŞ dolları)  birinci, qabığı təmizlənmiş meşə fındığı (14,1 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (12,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər