Dünya birjalarında neftin qiymətində önəmli artımlar müşahidə edilib.
Banker.az Bloomberg-ə istinadən bildirir ki, Bakı vaxtı ilə 08:00 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyun fyuçersləri üzrə WTI markalı neftin 1 barelini dəyəri $17,47 dollar təşkil edib. Bu da sessiya ərzində $2,4 və ya 16% olması deməkdir.
Eyni müddətdə, Londonun ICE qitələrarası fond birjasında Brent markalı neft $2,42, yəni, 10,74% bahalaşmaqla $24,96-ya ticarət olunub.