Milli Məclisin mayın 1-də keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu açıqlamasında bildirib ki, “Azərbaycan Respublikasının Baş prokurorunun vəzifəyə təyin olunmasına razılıq verilməsi haqqında” məsələ gündəliyə daxil edilib.
Bununla da iclasın gündəliyinə daxil olan məsələlərin sayı 27-yə çatıb.
Qeyd edək ki, dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələ müzakirə olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Baş prokuror vəzifəsinə Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin namizədliyi irəli sürülüb.