-1 C
Baku
Sunday, December 15, 2024

Avtomobil sığortası üzrə yığımlar 2 dəfə artıb

2020-ci ilin mart ayında sığorta şirkətləri tərəfindən əmlak sığortası üzrə avtonəqliyyat vasitələrinin sığortası üçün 12 milyon 254 min manat sığorta haqqı hesablanıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. 2019-cu ilin martında avtonəqliyyat vasitələrinin sığortası üzrə 5 milyon 850 min manat sığorta haqları hesablanmışdı.

Avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlər 26% artıb. 2019-cu ilin martında 2 milyon 564 min manat təşkil etmiş ödənişlər bu ilin eyni dövründə 3 milyon 233 min manata çatıb.

Son xəbərlər
Digər xəbərlər