16 C
Baku
Monday, May 13, 2024

Banklar tərəfindən əhaliyə dollar satışı 8 dəfə artıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı nağd xarici valyuta ilə mübadilə əməliyyatları barəsində statistikasını açıqlayıb.

Banker.az bu barədə AMB-yə istinad edir.

Statistikaya görə, 2020-ci ilin mart ayında banklar tərəfindən nağd 86 milyon 102 min dollar alınıb, 1 163 373 min dollar satılıb. 2019-cu ilin mart ayında isə banklar tərəfindən 143 milyon 899 min dollar alınıb, 137 milyon 995 min dollar isə satılıb. Belə ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin mart ayında dolların alışı 40% azalıb, satışı isə 8 dəfə artıb.

Mart ayında banklar tərəfindən 7 milyon 557 min avro alınıb, 19 milyon 767 min avro satılıb. 2019-cu ilin analoji dövrüylə müqayisədə 2020-ci ildə banklar tərəfindən alınan avronun sayında 12%, satışında isə 57% azalma müşahidə olunur.

Həmçinin banklar tərəfindən 2020-ci ilin mart ayında 1,268 min funt sterlinq alınıb və 3,243 min funt sterlinq isə satılıb. 

Son xəbərlər
 ⁠
Digər xəbərlər