10 C
Baku
Thursday, December 12, 2024

Tramp Səudiyyə Ərəbistanına ultimatum qoydu

ABŞ Səudiyyə Ərəbistanına ultimatum qoyub. Prezident Donald Tramp Səudiyyə Ərəbistanı ilə Rusiya arasında neft bazarındakı qiymət müharibəsinə son qoymağı tələb edib.

Banker.az xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi məlumat verib.

Amerika liderinin sözlərinə görə, Səudiyyə Ərəbistanı və Rusiya “çox ağıllıdırlar” və bu problemin həllinə artıq başlanılıb.

“Onlar ortaq razılığa gələ bilmirdilər. Və mən onunla telefonda danışdım ki, istehsalın azaldılması məsələsinin həllini tapaq”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı bununla bağlı şərh bildirməkdən imtina edib.

“Səudiyyə Ərəbistanı, ABŞ və Rusiyanın OPEC+ müqaviləsinin bağlanmasında böyük rolu var, lakin 23 iştirakçı dövlətin razılığı olmasaydı, müqavilədən söz belə getməzdi”, – Səudiyyə Ərəbistanın nümayəndəsi bildirib.

Xatırladaq ki, buna oxşar vəziyyət aprelin 2-də olmuşdur. Tramp Səudiyyə Ərəbistanın şahzadəsi Məhəmməd ben Salmana zəng edərək, neft hasilatını azaltmağı tələb etmişdir.

Son xəbərlər
Digər xəbərlər