19 C
Baku
Friday, October 4, 2024

Tarixdə qalmış tarix

1752-ci ildə Böyük Britaniya və onun müstəmləkələrində cəmi 354 gün var idi. Bu Britaniyanın Yulian təqvimindən Qriqorian təqviminə keçidi ilə əlaqədar olaraq baş verir. Bu ildə 3 sentyabrdan 13 sentyabra qədər hesablanmırdı.  

Yüzillik müharibə əslində 116 il, 1337-1453-cü illərdə davam etmişdi. Məhz bu müharibədə Janna Dark bir neçə döyüşdə vacib qələbə qazanmışdı.

İstifadə etməyə vərdiş etdiyimiz ərəb rəqəmləri əslində ərəblər tərəfindən deyil, hind riyaziyyatçıları tərəfindən yaradılıb. Bu rəqəmlər daha sonradan şimali-afrika ərəbləri tərəfindən mənimsənilmiş və Avropaya qədər gedib çıxmışdır.

ABŞ-da baş verən Vətəndaş müharibəsindən sonra ölkədə dövriyyədə olan kağız pulların 33-50%-i saxta idi.

1938-ci ildə Time jurnalı Adolf Hitleri “İlin adamı” elan etmişdi və o həmin il alman ordusuna tam rəhbərlik hüququ qazanmış, Çexoslavakiyanı işğal etmək niyyətində olduğunu elan etmiş, Avstriyanı öz nəzarəti altına götürmüş və Almaniyadan 12 min yəhudini qovmuşdu.

1685-ci ildə Yeni Fransada (Şimali Amerikada Fransaya sahib ərazi) oyun kartları sikkə çatışmazlığı səbəbindən valyuta kimi istifadə olunurdu.

1892-ci ildə İtaliyada qadınların ərə getmələri üçün minimum yaş həddi təyin edilir və bu 12 yaş idi.

Ən qısa müharibə 1896-cı ildə Zənzibar və İngiltərə arasında baş tutub. Zənzibar müharibə elan edildikdən 45 dəqiqə sonra təslim olmuşdu.

İkinci dünya müharibəsi zamanı sovet qoşunları tərəfindən Berlinə atılmış ilk bomba yalnızca Berlin zooparkında bir fili öldürmüşdü.

Böyük Britaniyanın baş naziri Uinston Çörçill gün ərzində ən az 15 sigar çəkirdi.

Son xəbərlər
Digər xəbərlər