10 C
Baku
Wednesday, December 11, 2024

“AGBank”dan ölkə rəhbərliyinə müraciət: “30 000-dək müştəri maaşlarını kart hesabından çıxara bilmir”

Mərkəzi Bank tərəfindən müvəqqəti inzibatçı təyin edilmiş “AGBank” ölkə rəhbərliyinə müraciət edib.

Banker.az xəbər verir ki, müraciətin səbəbi, “AGBank” ASC-nin fəaliyyətində yaranmış çətinliklə bağlıdır.

Bildirilir ki, “AGBank” ASC böyük bir ailədir, yüzlərlə bankımızın əməkdaşları ailələri ilə birlikdə qazanc yerinin itirilməsi təhlükəsi ilə üzləşib. Demək olar ki, bütün əməkdaşlar, ipoteka krediti xətti ilə ev sahibi olub, aldıqları əmək haqqı ilə ailələrin gündəlik tələbatlarını ödəməklə yanaşı, eyni zamanda həmin kreditlərin ödənişini də həyata keçirirlər. “AGBank” ASC-nin fəaliyyətinin dayandırılması əməkdaşların hər birinin iş yerlərini itirməkləri ilə yanaşı, eyni zamanda evsiz qalmaqları deməkdir.

Bankın 30 000-dək müştərisi öz maaşlarını kart hesablarından çıxara bilmirlər. Bankın partnyorlarının hesablarındakı vəsaitlər dondurulub, onlar işçilərinin maaşlarını, dövlət ödənişlərini ödəyə bilmirlər. Bunların başlıca səbəbi Mərkəzi Bankın təyin etdiyi müvəqqəti inzibatçının bütün əməliyyatları dondurmasıdır.

Nəzərinizə çatdırmaq istəyirik ki, bankın kassasında və müxbir hesablarında kifayət qədər məbləğ var idi, lakin kassaları sıfırlaşdırdıqdan və bankomatları bloklaşdırdıqdan sonra bunlar baş verdi. Hazırda xeyli insan əziyyət çəkir. Bu məsələyə xahiş edirik diqqət yetirəsiniz.

Son xəbərlər
Digər xəbərlər