8 C
Baku
Friday, December 13, 2024

Son bir ildə bankların aktivləri 24% artıb

1 iyul tarixində ölkədə fəaliyyət göstərən bankların aktivləri 22 569,76  milyard manata çatıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ay ilə müqayisədə bank sektorunda aktivlər 430 mln manat artıb.

İlin əvvəli ilə müqayisədə isə aktivlər 2 185 mln manat və ya 11%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4 384 mln manat və ya 24% artıb.

Həmçinin nağd vəsaitlər 854,3 mln manat, müxbir hesablar 1 407,0 mln manat, maliyyə sektorunda verilmiş kredit və depozitlər 1 166,6 mln manat, müştərilərə kreditlər 15 466,4 mln manat, investisiyalar 1 905,6 mln manat, digər kreditlər isə 1 770,0  mln manata təşkil edib.

Son xəbərlər
Digər xəbərlər