13 C
Baku
Friday, November 22, 2024

Foreks bazarının sadə dillə izahı

Foreks bazarı – qlobal, desentralizasiya olunmuş valyuta ticarəti sistemidir. Baxmayaraq ki, əksər dövlətlərin qanunvericiliyi ölkə daxilində keçirilən valyuta əməliyyatları tənzimləyir, amma yenə də hər hansı bir ölkənin bu gün “Foreks bazarı haqqında” ayrıca bir qanunun olduğunu demək düzgün deyil.

Foreks bazarında bilavasitə pullar, yəni valyutalar ilə ticarət edirlər, amma daha dəqiq ifadə etməyə çalışsaq, müxtəlif ölkələrin valyutaları, ilk növbədə isə beynəlxalq valyuta ehtiyatlarını təşkil edən ölkələrin banknotları, məsələn ABŞ dolları, Britaniya funt sterlinqi, avro, İsveçrə frankı, yapon yeni və s ticarət predmetidir.
Müxtəlif ölkələr arasında ticarət göstəricilərinin hər gün dəyişməsi, hər bir ölkədə bu və yə digər valyutanın dəyərində öz əksini tapır. Əgər makro iqtisadi göstərici kimi bu valyutaların dəyərinin dəyişməsi çox cüzi görünürsə də, valyuta treyderləri üçün valyutaların dəyərində baş verən bu ən xırda tərəddüdlər belə -ciddi pullar qazanmaq üçün imkanlar verir.

Misal üçün, milyard dollar dünyada olan valyuta bazarının dövriyyə potensialı baxımından çox cüzi bir məbləğdir, yəni 0,03% təşkil edir. Amma treyder [daha doğrusu broker] üçün, yarım faizlik diferensial ilə 1 milyard dollar 5 milyon ABŞ dolları qazanmaq imkanı verir.

Foreksdə faktiki olaraq, pulların necə qazanılmasını bir neçə sadə nümunə ilə başa düşmək olar.

Məsələn, hər hansı bir ölkənin xarici iqtisadiyyatı ABŞ dollarına bağlıdır, yəni ölkə xarici iqtisadi ticarət əməliyyatlarını dollarla həyata keçirir. Həmçinin də bu ölkə öz valyutasını ABŞ-dollarına bağlamışdır. Əgər ölkənin ticarət balansı müsbətdirsə və valyuta ehtiyatı da yetərli səviyyədədirsə, onda “milli valyuta -ABŞ dolları” ilə nisbət də ya möhkəmlənəcək, yəni bahalaşacaq, ya da status-kvonu saxlayacaq; əgər ticarət balansı mənfi olarsa və valyuta ölkədən axarsa, valyuta ehtiyatları isə kasadlaşarsa, onda konkret həmin ölkənin milli valyutası ABŞ dolları ilə nisbətdə ucuzlaşacaq.

Valyuta treyderləri belə şəraitdən daima öz xeyirlərinə istifadə etməyi bacarırlar. Əgər milli valyuta ucuzlaşırsa, onda əks prosesin başlayacağı “dib” nöqtəsini və həmin anı müəyyən etmək lazımdır, məsələn BVF həmin ölkəyə nə vaxt növbəti valyuta krediti tranşını verəcək, onda ölkədə yenidən pullar peyda olacaq və balans bərpa ediləcək. Milli valyutanın qiymətinin ən aşağı olduğu halda onu əldə olan dollarları həmin milli valyutaya dəyişmək lazımdır, sonra isə valyutanın qiyməti qalxanda və “milli valyuta-ABŞ” dolları nisbəti dəyişəndə, onda onları təzədən dollara çevirmək olar. Bu zaman əlinizdəki dollar kütləsi artmış olacaq.

Faktiki olaraq, istənilən bir halda Foreks bazarının fəaliyyəti kütləvi valyuta spekulyasiyalarının dinamik həyata keçirilməsi sistemindən ibarətdir.

Son xəbərlər
Digər xəbərlər