2019-cu ildə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərindən “Naxçıvan Sığorta” ASC istisna olmaqla 10-nun gəlirləri illik müqayisədə az olub. “Xalq Həyat Sığorta” ASC-nin gəlirləri ötən ildən formalaşdığı üçün gəlirlərini müqayisə etmək mümkün olmayıb.
Banker.az xəbər verir ki, gəlirləri azalan sığorta şirkətləri “Bakı Sığorta”, “Atəşgah Sığorta”, “Xalq Sığorta”, “Standard Insurance” Sığorta Şirkəti, “Meqa Sığorta”, “Günay Sığorta”, “Qala Həyat Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Azsığorta” və “AXA Mbask” Sığorta Şirkəti ASC-lərdir.
Ən çox azalma “AXA Mbask”da (52%), ən az azalma isə “Bakı Sığorta”da (1%) qeydə alınıb.
Digər sığorta şirkətinin isə gəlirləri artıb. Ən yüksək artım “İpək Yolu Sığorta” ASC-də (89%), ən az artım isə “Dövlət Sığorta Kommersiya şirkəti”ndə (4%) qeydə alınıb.