Yaponiyada koronavirusun yayılması ilə mübarizə tədbirləri çərçivəsində fövqəladə vəziyyət rejimi mayın 31-dək uzadılıb.
Banker.az xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Yasutosi Nisimura məlumat verib.
“Ekspertlər şurasında fövqəladə vəziyyət rejiminin bitmə vaxtı müzakirə edilib və onun mayın 31-dək uzadılması haqqında qərar verilib. Fövqəladə vəziyyət rejiminin ölkənin hansı bölgələrində tətbiq edilməsi ilə bağlı rəsmi qərar qərargah tərəfindən qəbul ediləcək”, – nazir bildirib.
Gün ərzində infeksiyaya yoluxanların sayının azalmasına baxmayaraq, bu göstəricinin 70-80%-dək azaldılması hədəfinə çatmaq hələ də mümkün olmamışdır.
Xatırladaq ki, Yaponiyada fövqəladə vəziyyət rejimi aprelin 8-də tətbiq edilib. Bununla yanaşı, ölkədə karantin rejiminin pozulmasına görə cərimə cəzası yoxdur.