6 C
Baku
Saturday, December 14, 2024

Nazarbayevin qızının deputat səlahiyyətlərinə xitam verildi

Qazaxıstan Mərkəzi Seçki Komissiyası keçmiş Prezident Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayevanın deputat səlahiyyətlərinə xitam verib.

Bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti açıqlama yayıb.

Qərarın MSK iclasında verildiyi qeyd olunub. Daha əvvəl, mayın 2-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Dariqa Nazarbayevanı parlament spikeri vəzifəsindən azad etmişdi.

Tacikistan Milli Media Assosiasiyasının sədri, politoloq Nuriddin Qarşiboyev D. Nazarbayevanın vəzifəsindən kənarlaşdırılmasının siyasi cəbhələr arasındakı maraq toqquşması ilə əlaqədar ola biləcəyini bildirib.

Qeyd edək ki, Dariqa keçmiş Prezident Nursultan Nazarbayevin böyük qızıdır. 2016-cı ildə parlamentin spikeri vəzifəsinə təyin olunub, 2019-cu ildə səlahiyyətləri sona çatdıqdan sonra yenidən vəzifəyə təyin edilib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər