Hesablama Palatası 2019-cu ili 118 min manat zərərlə başa vurub.
Bu, 2018-ci ilə nisbətən 22,8% azdır.
Ötən il Hesablama Palatasının gəlirləri 5 629 min manat (illik müqayisədə 54,1% çox) təşkil edib ki, bunun da hamısı qeyri-birja əməliyyatları hesabına əldə edilib. Hesabat dövründə qurumun xərcləri isə 5 747 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 51% artım deməkdir. O cümlədən Hesablama Palatasının sərf etdiyi materialların dəyəri 16,1% artaraq 97 min manat, əmək haqqı və işçilərinə çəkdiyi digər xərclər 62,2% artaraq 4 954 min manat, amortizasiya xərcləri 9% artaraq 217 min manat, sair əməliyyat xərcləri isə 2,2% artaraq 479 min manat təşkil edib.
Bu il yanvarın 1-nə Hesablama Palatasının aktivləri 5 659 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,1% azdır. Hesabat dövründə qurumun öhdəlikləri 75,6% azalaraq 21 min manata, balans kapitalı (xalis aktivləri) isə 2,1% azalaraq 5 638 min manata düşüb.