Əhalinin ən çox hansı taksit və kredit kartlarına üstünlük verdikləri məlum oldu – “BirKart” 1-cidir

1 255 respondent arasında aparılan sorğuya görə, onların istifadə etdikləri taksit kartları məlum olub.

Banker.az xəbər verir ki, bu barədə sorğu “Business İnsight” tərəfindən aparılıb.

Əhali taksit kartı kimi Birkartı tövsiyə edir. Sorğu nəticələri də göstərdi ki, taksit kartları arasında Birkart daha pozitiv qavrayışa sahibdir.

Kredit kartlarının «Heç birini tövsiyə etməyənlər» və ya bu suala «Cavab verməyə çətinlik çəkənlər» 62.4% təşkil edir. Bu seqmentdən olan 783 respondentin 53 faizini xanımlar, qalan 47 faizini isə kişilər təşkil edir. Eyni seqmentin yaş kateqoriyaları üzrə analizinə nəzər yetirdikdə isə məlum olur ki, yaşlı nəsil bu cür tövsiyələrdə daha ehtiyatlı yanaşma nümayiş etdirir (783 respondentin mütləq əksəriyyət, yəni, 70%- məhz 36-65 yaş arasında olanlardır).

Ehtiyatlı yanaşma nümayiş etdirənlərin Azərbaycan üzrə xəritəsinə baxdıqda isə məlum olur ki, Bakı şəhər sakinləri ilə yanaşı xüsusilə Lənkəran və Şəki sakinləri də «Heç birini tövsyə etməyənlər» və ya bu suala «Cavab verməyə çətinlik çəkənlər» arasında çoxluq təşkil edir.

Göründüyü kimi respondentlərin 24,3%- “BirKart”ı, 5,3%-i “Albalı”, 2,25-i “Bolkart”, 1,5%- isə “Tam Kart”ı tövsiyə edir.

kart

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər