6 C
Baku
Sunday, December 15, 2024

Həkimlər 11 yaşlı xərçəng xəstəsinə baş əydilər

2014-cü ilin iyun ayında Çində 11 yaşlı Lyan Roi dünyasını dəyişir. Azyaşlı ölümündən öncə valideynlərindən o öldükdən sonra orqanlarının başqa, ehtiyacı olan insanlara verilməsini xahiş edir. Çinli həkimlər beyin xərçəngindən dünyasını dəyişmiş bu azyaşlı oğlan qarşısında təzim etmişlər. Lyan Roi-nin beyin xərçəngindən əziyyət çəkdiyi 9 yaşında müəyyən edilir. O iki dəfə əməliyyat edilsə də, heç bir faydası olmur və uşağın vəziyyəti pisləşməkdə davam edir. Artıq öləcəyini başa düşən Layn valideynlərindən belə bir addımı atmalarını xahiş edir. 

O ölümündən öncə demişdi: “Dünyada xeyirxah addım atan insanlar çoxdur. Mən də onlardan biri olmaq istəyirəm”.

Həkimlər dünyasını dəyişmiş oğlanın xahişini yerinə yetirmişlər. Onun ölüm günü orqanları – böyrək və qaraciyəri sonradan transplatasiya üçün çıxarılmışdır. Həkimlər oğlana minnətdarlıq əlaməti olaraq onun meyitinin yanına toplaşaraq baş əymişlər.

Son xəbərlər
Digər xəbərlər