20 C
Baku
Saturday, October 12, 2024

“LUKOIL” şirkətinin vitse-prezidenti koronavirusa yoluxub

“LUKOIL” şirkətinin vitse-prezidenti və “Spartak-Moskva” futbol klubunun idarə heyətinin sədri Leonid Fedun koronavirusa yoluxub.

“FK Spartak-Moskva” nın idarə heyətinin sədri Leonid Arnoldoviç Feduna koronavirus diaqnozu qoyulub. O, hal-hazırda xəstəxanada müalicə olunur”, – “Spartak” ın mesajında deyilir.

Xatırladaq ki, Leonid Fedunun 64 yaşı var. “Forbes” un qiymətləndirmələrinə görə, o, Rusiyanın iyirmi ən zəngin iş adamlarından biridir. Sahibkarın sərvəti 6,3 milyard dollar dəyərində qiymətləndirilir. Fedun “LUKOIL” şirkətinin strateji inkişaf üzrə vitse-prezidenti və Vahid Ələkbərovdan sonra ikinci ən böyük səhmdarıdır. 2020-ci il 31 mart tarixində verilən məlumata görə sahibkarın şirkətdəki payı 9,28% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər