Xəbər verdiyimiz kimi 2019-cu ildə “Rəvan Sığorta” ASC 246 min 834 manat xalis mənfəətlə, 2018-ci ili isə 227 min 71 manat xalis mənfəətlə başa vurmuşdur. Amma bu mənfəət əldə etdiyi dövrlərdə mənfəət vergisi ödəməyib.
Banker.az-ın İN yanında Dövlət Vergi Xidmətinin “vergi barədə məlumat” üzrə üzrə sorğusuna cavab olaraq, “Rəvan Sığorta”nın 20 645.37 manat həcmində vergi borcu olduğu göstərilib.
Onu da qeyd edək ki, 2017-ci ildə zərər etdiyi üçün vergi ödəməyib. 2016-ci ildə isə 69 min 297 manat vergi ödəyib.