7 C
Baku
Sunday, December 15, 2024

Unibank özünüməşğulluq layihəsi çərçivəsində kənd sakininin arzusunu reallaşdırdı ®

Tovuz rayonunun Cilovdarlı kənd sakini Tamam Cəfərovanın həyatında özü dediyi kimi möcüzə baş verib. Unibank Tamam xanımın ən böyük istəyini –  öz şəxsi biznesini yaratmaq arzusunu reallaşdırmaqda ona kömək edib. Şəxsi biznesini yaratmaq üçün lazım olan bütün avadanlıqlar Tamam Cəfərovaya təqdim olunub. Ölkəmizdə qədim tikmə sənətinin azsaylı davamçılarından olan Tamam xanım bu peşəni yaşatmaq, gələcək nəsillərə ötürmək, bu sahədə kiçik biznesini qurmaq fikrindədir: “Həyatımda sanki möcüzə baş verdi. Bir il əvvəl kimsə mənə desəydi ki, sənin ən böyük arzun reallaşacaq, inanmazdım. Hər zaman arzum olub ki, bildiyim tikmə, toxuma, dərzilik sənətini genişləndirim. Amma lazımı avadanları almağa imkan olmadığından, bu, arzu olaraq qalıb. Bu gün Unibank əməkdaşları  bu avadanlıqları evimə gətirib mənə təqdim edəndə,  doğrudan möcüzə kimi oldu. Mən Unibank da daxil olmaqla, bu layihənin bütün təşkilatçılarına minnətdaram”.

Qeyd edək ki, Unibank həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini  inkişaf etdirmələrinə dəstək olmaqdır.

Korporativ sosial məsuliyyət Unibankın fəaliyyətində əsas istiqamətlərdən biridir. Bank 2018-ci ilin əvvəllərində Azərbaycan bank sektorunda ən böyük Korporativ Sosial Məsuliyyət layihələrdən birinə imza atıb. 2018-ci ilin mart ayından etibarən bank Güllə atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir. Bu layihəyə dəstəkdə verməkdə məqsəd, Güllə atıcılığı üzrə milli paralimpiya komandasının inkişafına çalışmaqla yanaşı, bu sahədə ölkəmizin beynəlxalq yarışlarda təmsilçiliyinə və uğurlarına kömək göstərməkdir.

Unibank-hər kəsin bankı!

2p03 1

Son xəbərlər
Digər xəbərlər