19 C
Baku
Friday, October 4, 2024

Şimali Koreyada doğulmaq nə deməkdir?

Bir anlıq təsəvvür edin ki, Şimali Koreyada dünyaya gəlmisiniz. İsti ev? Yaxşı iş? Ali təhsil? Bütün bunları unudun və fabrikdə işləyərək ayda 2 dollar almaq barədə düşünün. Bu hələ son deyil. Hadisələrə dünyaya gəlməkdən qocalığa doğru ardıcıllıqla baxaq: 

Ananın hamiləlik dövründə yaxşı qidalanmaması səbəbi ilə əlaqədar olaraq dünyaya qüsurlu gəlmək və hətta ümumiyyətlə sağ olaraq gəlməmək ehtimalı böyükdür.

Kasıb ailədə doğulmaq ehtimalı isə 50%-dir. Bu halda sizin qida rasionunuz qarğıdalı və kimçi (Koreya mətbəxinin milli yeməyi) olacaq. Bir şeyi də nəzərdə tutun ki, yemək hazırlamaq və qızınmaq üçün yanacağınız olmayacaq.

Ən yaxşı halda odun sobasının ətrafında qızına bilərsiniz. Çünki böyük ehtimalla evinizdə qızdırıcı mövcud olmayacaq. Elektrikə gəldikdə isə gündə cəmi bir neçə saat və yaxud ümumiyyətlə olmaya bilər. Ayaqyoluya sahib olmaq isə əsl dəbdəbə nümunəsidir və əhalinin yalnız 50%-i buna sahibdir. Su isə gündə 2-3 saat verilir.

Valideynləriniz sizi pulsuz dövlət məktəbinə vermək istəsələr, onlar məktəbi “qum, sement, şüşə və digər materiallar, hətta pul ilə” təmin etməyi nəzərə almalıdırlar. Həmçinin onlar parta və stulun haqqını da ödəməlidirlər.

 “Təhsil” günlərinizi işə həsr etməyə, yəni polad, mis, kağız tullantıları və s. toplamağa həsr edəcəksiniz.

 Daha sonradan isə Kim Çen İen haqqında “atanız” kimi danışmalı olacaqsınız.

 Bu həyatınız boyu daxil olmalı olduğunuz yeganə siyasi təşkilat olmayacaq.

13 yaşınız olduqda Qırmızı Gənc qvardiyaya daxil olmalısınız. Burada ildə 300 saat ibtidai hərbi hazırlıq keçməlisiniz.

17 yaşında isə kişilər Koreya Milli ordusuna çağırılır.

 Qadınlar isə seçmə üsulu ilə seçilir və onlara qarşı qoyulan tələblər yüksəkdir.

Orduda şərtlər çox ağırdır. Əsgərlərin günü səhər 5-də başlayır və axşam 10-da bitir. Qeyd edək ki, 10 ilinizi orduya həsr etməli olacaqsınız.

Əsgərlikdən qayıtdıqda iqtisadiyyatın daha çox işçi qüvvəsinə ehtiyacı olan istiqamətə yönəldiləcəksiniz. İşçilərin çoxu ayda 2 dollar, bəziləri isə ümumiyyətlə əmək haqqı almır.

Yalnızca elit təbəqəyə məxsus olduğunuz halda ali təhsil almaq şansınız var. Məsələn, yüksək vəzifəli siyasətçinin, yaxud hərbçinin ailəsində doğulsanız.

Son xəbərlər
Digər xəbərlər