İyunun 30-da, saat 11:00-da “Bakıxanov-Çörək” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
Yığıncaq səhmdar cəmiyyətinin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 26B ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə “Bakıxanov-Çörək”in ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatlarının təsdiq edilməsi, səhmdarlara dividend ödənilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Bakıxanov-Çörək” АSC 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 272 780 manatdır.