Azərbaycanda dövlət büdcəsinin gəlirləri cari ilin yanvar-aprel ayları ərzində 9 milyard 574,2 milyon manat olmaqla öncəki ilin analoji dövrü ilə müqayisədə 27,6% artıb.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə dövlət büdcəsinin xərcləri isə 7 milyard 267,7 milyon manat (0,7% artım) təşkil edib, nəticədə büdcədə 2 milyard 306,5 min manat profisit (qalıq) yaranıb.