İsti havaların açıq havada işləyən insanların iş keyfiyyəti və bacarıqlarına təsiri hər kəs tərəfindən təsdiq olunmuş faktdır. Bəs havaların isti keçməsi qapalı məkanlarda intellektual fəaliyyətlə məşğul olan insanlar üçün nə kimi təsirləri var? Aparılan araşdırmalar gedişində sorğuda iştirak edən 66% ofis işçisi isti havanın onların işləmə qabiliyyətinə təsir etdiyini vurğulamışlar. Üstəlik də, bir çox ofislərdə kondisionerlərin quraşdırılmasına baxmayaraq.
Amerikanın standartlar departamentinin apardığı araşdırmaya görə, ofis işçilərinin üzləşdiyi isti stressi bir neçə mərhələdən ibarət ola bilər:
İsti çarpması zamanı insan bütünlüklə gücsüz vəziyyətə düşür, tərləmə dayanır və bu istinin insana təsirinin ən ağır formasıdır. Hətta bir çox hallarda təcili yardımın çağırılmasına ehtiyac duyulur.
İstidən huşunu itirmək – bu beyinin kifayət qədər oksigenlə təmin edilməməsi səbəbindən qısa müddətli olaraq huşun itirilməsidir.
İsti səbəbi ilə yaranan yorğunluq – orqanizmin ümumi yorğunluğu, ürək bulanması, baş gicəllənməsi və orqanizmdə gedən reaksiyaların zəifləməsidir. Bunun səbəbi isə orqanizmdə olan duzların tər vasitəsilə xaric olmasıdır.
İsti səbəbi ilə yaranan sudorqalar – da orqanizmdə duz çatışmazlığı səbəbindən əl və ayaq, qarın əzələlərində spazmların yaranmasına səbəb olur. Yəqin ki, sonuncu iki bənd bir çox ofis işçiləri kimi sizə də çox tanış gəldi.
Bəs isti stressini azaltmaq üçün nə etmək lazımdır?
Bu zaman çox miqdarda su qəbul etmək lazımdır. İsti stressinin əlamətləri artarsa içdiyiniz suya az miqdarda duz qatın. Bir faktı yadda saxlayın ki, sərinləşdirici içkilər, hətta şəkərsiz qənd belə içki deyil qidadır.
Bununla yanaşı, banan (sudorqalara kömək edir) və digər asan həzm edilə bilən yeni meyvə-tərəvəz yemək lazımdır.
İş prosesində özünüzdən daha çox şey tələb etməyin, sakit templə və fasilələr edə-edə işləyin.