14 C
Baku
Saturday, November 23, 2024

“Regional” BOKT iki ildir ki, zərərdən xilas ola bilmir

“Regional” BOKT MMC 2019-cu ili 15 min 83 manat zərər ilə başa vurub. 2018-ci ilin müvafiq dövründə isə BOKT-un 62 min 157 manat idi. Belə ki, ötən il “Regional” BOKT-un zərəri 76% və ya 4 dəfə azalıb.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

BOKT-un 2019-cu ildə faiz gəlirləri 34% azalaraq 12 min 841 manat, digər əməliyyat gəlirləri 8 min 744 manat artaraq 8 min 904 manat, digər əməliyyat xərcləri isə 55% azalaraq 36 min 828 manat olub.

31 dekabr 2019-cu il tarixinə “Regional” BOKT-un cəmi aktivləri 324 min 933 manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrüylə müqayisədə aktivlərin 31% artması deməkdir. Bunun 177 min 835 manatı müştərilərə verilmiş kreditlərdir. İllik müqayisədə ötən il BOKT-un kredit portfeli 20 dəfə böyüyüb.

Ötən il “Regional” BOKT-un cəmi kapitalı 6% azalaraq 233 min 719 manat, cəmi öhdəlikləri isə 91 min 124 manat təşkil edib.

regional bokt banker

Son xəbərlər
Digər xəbərlər