Azərbaycan 2020-ci ilin aprel ayı ərzində idxal etdiyi buğdanın həcmini “sürpiriz” həcimdə artırıb.
Banker.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, təkcə aprel ayında 114 259 tonluq buğda idxal olunub. Bu isə öncəki mart ayı ilə müqayisədə, apreldə 70% artım etməsi deməkdir. Qeyd edək ki, ümumilikdə xaricdən 279 763 tonluq buğda gətirilib.
Karantin rejiminin tam əhatə etdiyi apreldə gətirilən bu miqdarda buğdaya görə ölkəni 24,66 milyon dollarlıq vəsait tərk edib. Digər maraqlı məqam, apreldə idxal oluna buğdanın hər kq Azərbaycana 21,58 ABŞ sentinə (0.2158 USD) başa gəlib. Bu isə 2020-ci ildə idxal olunan ən ucuz rəqəmdir.
Yanvar-mart ayları üzrə idxal edilən buğdanın dəyəri isə 60 milyon 841 min dollar olub.