10 C
Baku
Thursday, December 12, 2024

Qardaşovlara məxsus quşçuluq şirkətinə yeni sədr seçiləcək

“İsmayıllı Quşçuluq“ ASC səhmdarlarının 30 iyun 2020-ci il saat 11.00 -da növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, gündəlikdəki məsələlərə Cəmiyyətin 2019-cu il maliyyə yekunları üzrə illik balansının təsdiqi və dividendlərin verilməsi barədə, İdarə heyəti üzvlərinin və onun sədrinin seçilməsi, Təsisçilərlə hesablaşmalar və digər məsələlər daxildir.

Karantin məhdudiyyətini nəzərə alaraq müvafiq dövlət qurumunun
təlimatı və icazəsi əsasında yığıncaq onlayn rejimdə təşkil oluna bilər.

Qeyd edək ki, “İsmayıllı Broyler”in hüquqi varisi olan “İsmayıllı Quşçuluq” Qardaşovlar ailəsinə məxsusdur. “İsmayıllı Quşçuluq” ASC-nin 50,1%-i Qardaşov Zaur Zahid oğluna, 34,17%-i Qardaşova Siyasət Cəlil qızına, 10,96%-i Qardaşov Zahid Əhməd oğluna və digər 7 fiziki şəxsə (4,77%) məxsusdur. 

Son xəbərlər
Digər xəbərlər