10 C
Baku
Friday, December 13, 2024

“MİDA”nın milyonluq müqavilələrini udan şirkət artıq “qapalı” formada fəaliyyət göstərəcək

Azərbaycanda fəaliyyət göstərən “Faktor Qrup-S” MMC səhm bazarına daxil olur.

Banker.az xəbər verir ki, “Faktor Qrup-S” təşkilati-hüquqi forması dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrildiyini elan edir.

Bildirək ki, bu ilin fevralında “Faktor Qrup-S” MMC ayrılma şəklində yenidən təşkil olunub.

Həmçinin  2019-cu ildə Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə çoxmənzilli yaşayış kompleksinin tikintisi işlərini “Azinvest İnşaat” QSC-yə məxsus “Faktor Qrup-S” MMC konsersiumu aparıb. Buna görə, MİDA adıçəkilən konsersuma 7 622 852 manat ödəməli olub. Bura həmçinin poliklinika binasının tikintisi və avadanlıqlarla təchiz edilməsi işləri də daxil edilmişdir.

Bununla yanaşı, bu şirkət MİDA ilə 24 nömrəli 12 mərtəbəli 1 bloklu, 25 nömrəli 9 mərtəbəli 2 bloklu və 26 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisinə dair 9 717 079 manatlıq müqavilə bağlamışdır.

Son xəbərlər
Digər xəbərlər