10 C
Baku
Wednesday, December 11, 2024

Banklar problemli kreditlərin qarşısında acizdir

Ölkədə kredit borcu çoxaldıqca həmin borclar üzrə risk də bir o qədər böyüyür. Hazırda ölkədə bank müştərilərinin sayı 4 754 509 nəfər təşkil edir.

Belə ki, ölkədə bütün regionlar üzrə cəmi kredit qoyuluşu 16 754 796,9 min manatdır. İlin əvvəlindən isə kredit qoyuluşu 1 086 863 min manat, yəni 7% artıb.

Problemli kreditlər hər zaman günümüzün ciddi problemlərindən biri olub. Burada hər zaman hər iki tərəf risk qarşısındadır.  Vaxtı keçmiş borclarla bağlı statistik göstəricilər heç də reallığı əks etdirmir və real səviyyə xeyli aşağı göstərilir.

Qeyd etdiyimiz kimi, kredit qoyuluşları çoxaldıqca problemli kreditlərin çoxalması danılmaz faktdır. Hazırda kredit qoyuluşları üzrə vaxtı keçmiş kreditlər 877 580,3 min manat təşkil edir.

Statistikada ilin son 6 ayı ərzində vaxtı keçmiş kreditlərin 62 471 min manat artması artıq həyəcan təbili çalmağa səbəb yaradır. Vaxtı keçmiş kreditlər ötən il ilə müqayisədə 95 744 min manat, yəni 13% artıb. Son 2 ildə isə problemli kreditlər 170 897 min manat, yəni 25% artıb.

Ölkədə problemli kreditlər üzrə liderliyi təbii ki, 736 927,0 min manat ilə Bakı şəhəri edir. Hazırda ölkə üzrə vaxtı keçmiş kreditlərin 81%-i Bakı şəhəri üzrədir.

Regionlara diqqət yetirsək daha çox vaxtı keçmiş kreditlər Aran iqtisadi rayonunda qeydə alınıb. Bu iqtisadi rayon üzrə vaxtı keçmiş kreditlər 42 381,5 min manat təşkil edib. Problemli kreditlər üzrə daha az göstərici olan iqtisadi rayon isə Dağlıq Şirvan iqtisadi rayonudur.

CapturefghVaxtı keçmiş kreditləri çoxalmasında səbəb olaraq ekspertlər bildirirlər ki, banklar hələ də yüksək faizlə kredit verirlər. Ölkəmizdə olan bankların mövcud faizləri heç bir xarici ölkədə müşahidə olunmayıb. Bu səbəbdən də əhali kreditini geri qaytarmaqda çətinlik çəkir.

Banklarımız həmin kreditləri verərkən düşünməlidir ki, bu cür yüksək faizlə verilən kreditlərin qaytarılması heç də asan olmayacaq. Müşahidələr isə onu göstərir ki, kredit borcunu geri qaytara bilməyənlərin bir çox qismi qlobal maliyyə böhranı ilə bağlı iş yerini itirdiyindən və yaxud da gəlirləri kəskin azaldığından, həmin kreditləri qaytara bilmirlər.

Son xəbərlər
Digər xəbərlər