15 C
Baku
Sunday, November 24, 2024

Joseph Eugene Stiglitz kimdir?

Joseph Eugene Stiglitz 1943-cü ildə Amerikada, İndiana ştatında doğulub. Valideynləri isə Şarlotta və Nataniel Stiglitz idi. Joseph üç il Amherst kollecində təhsil almış və burada tələbələr arasında lider olmuşdur. Bundan sonra Joseph təhsilini Massaçuets Texnoloji İnstitutunda davam etdirmişdir. O ölkənin iqtisadi siyasətinə dair müsbət həllər tapmağa çalışırdı. Təhsil aldığı müddətdə o bir iqtisadi məktəbdən digərlərinə keçə-keçə təhsil alıb. Buna görə də o tək Massaçusets institutunun təhsili ilə kifayətlənməyib daha da irəli getməyi qərara aldı.

1965-1966-cı illərdə Joseph Stiglitz öz təhsilini İngiltərədə Kembridc Universitetində davam etdirdi. O gələcəkdə Nobel mükafatına layiq görüləcək məşhur insanlarla bir yerdə təhsil almışdır. Bu insanların arasında Cim Mirlis və Ceyms Mid də var idi. O illərdə Joseph iqtisadi artım problemləri, gəlirin bölüşdürülməsi problemləri və dünya iqtisadiyyatının innovasiyası ilə məşğul olur və öyrənirdi.

Bundan sonra Joseph Amerikaya qayıtmış və 1967-ci ildə elmlər doktoru adını almışdır. Burada o Yel Universitetində müəllimlik fəaliyyətinə başlayır. Bununla yanaşı o iqtisadi riskləri araşdırmağa başlayır və bu da çox vacib mövzuya – informasiya iqtisadiyyatı nəzəriyyəsinə gətirib çıxarmışdır. O yığım problemləri, paylama və məlumatın təhlilini yaxından öyrənməyə başladı.

Joseph Stiglitz 1999-cu ildə BVF və Dünya Bankını Rusiya və Cənub-Şərqi Asiyada düzgün siyasətin aparılmaması ilə günahlandıraraq istefa etdi. O Kolumbiya Universitetinin bazasında “Siyasi danışıqlara təşəbbüs” adlı politoloq və iqtisadçıların elmi icmasını yaratdı. Bu icmanı yaratmaqda onun məqsədi inkişaf edən ölkələrin çətin iqtisadi vəziyyətlərdən çıxmasına kömək etmək idi.

Hazırda Joseph Stiglitz Kolumbiya Universitetində professor və müəllim olaraq fəaliyyət göstərir. Həmçinin o, “İqtisadçıların səsi” adlı jurnalın redaktorudur. Stiglitz iqtisadiyyat sahəsində bir çox lazımlı tədqiqatlar aparmışdır. 1992-ci ildə Joseph prezident Bill Klintonun administrasiyasında işləməyə qərar verərək Vaşinqtona köçdü.

Son xəbərlər
Digər xəbərlər