9 C
Baku
Friday, December 13, 2024

Azərbaycan və Rusiya birgə şirkətinin kapitalı geri çəkilməklə, 10 min dəfə kiçilir

Azərbaycan və Rusiya ilə birgə yaradılan milyonluq kapitala sahib olan Həyat Farm” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının kəskin azaldılacağı ilə bağlı elan verib.

Banker.az xəbər verir ki, Azərbaycanda dərman təhlükəsizliyinin təmin etmək istəyən dərman şirkəti nizamnamə kapitalının 1 100 000 manatdan 100 manata qədər kiçilməyi qərar verib. “Həyat Farm” MMC 45 faiz pay iştiraklarına malik “Vita-A” özəl şirkəti (Azərbaycan Respublikası) və “R-Farm” (Rusiya Federasiyası) şirkətlər qrupu tərəfindən yaradılan birgə müəssisədir. Hətta, 10 faiz pay ilə “Azərbaycan İnvestisiya Şirkəti”nin qoşulacağı gözlənilirdi.

2015-ci ilin dekabrında yaradılan bu şirkətə Natalya Badanina Aleksandrovna adlı şəxs rəhbərlik edir.  N.Badanina Rusiyada yaradılan “Eksklyuziv” MMC  adlı şirkətin həm təsisçisir. Daha öncələr isə bu müəssisəyə Azərbaycan vətəndaşı Ramin Hacıyev rəhbərlik edirdi.

Şirkət Bakı şəhəri Xətai rayonu, Fəzail Bayramov, ev 21 ünvanında fəaliyyət göstərirdi. Lakin, layihələrini Bakının yaxınlığında Pirallahı sənaye parkında layihə həyata keçirir.

2017-ci ildə açıqlanırdı ki, “Həyat Farm” zavodunda müxtəlif əczaçılıq qruplarına daxil olan preparatların, o cümlədən onkolojı, əsəb, kardiovaskulyar, sümük-əzələ və tənəffüs sistemləri xəstəliklərinin müalicəsi üçün preparatlar, virus əleyhinə, HİV-infeksiya terapiyası daxil olmaqla, diabetə qarşı, göbələk əleyhinə, qusmaya qarşı, dərmanlar, antibiotiklər, həmçinin rentgen-kontrast vasitələr və maqnit-rezonans müayinələr üçün preapatlar istehsal ediləcəkdi.

Son xəbərlər
Digər xəbərlər