9 C
Baku
Thursday, December 12, 2024

Hiyləgər biznes gedişləri: müştərilərin təkliflərinə qulaq asmaq

Məşhur şirkətlər uğur qazanmaq üçün daha hansı qeyri-standart gedişlərə əl atmırlarki?! Biznes öz riskləri, dəlisov ideyaları, gözlənilməz dönüşləri ilə kəskin sujetli film kimidir. Uğura can atan istənilən şirkətin özü haqqında məlumat vermək, satışların həcmini artırmaq və rəqiblərinə qalib gəlmək üçün çoxlu sayda üsulları vardır. Bu məqsədlə televiziyada reklam yerləşdirmək, şəhərin bütün reklam üçün ayrılmış məkanlarını zəbt etmək, yaxud daha orijinal bir gediş düşünmək mümkündür. Bəs hansı məşhur şirkətlər standart reklam gedişlərindən imtina edərək orijinal addım atmışlar: 

Əvvəllər diş məcunlarının qablaşdırılmasında çox kiçik – cəmi 2 millimetr həcmində dəlik var idi. Colgate şirkəti təcili olaraq satışları artırmalı olduğundan ən yaxşı ideya üçün müsabiqə elan edirlər. Bir şəxs diş məcunlarındakı dəliyi bir az iri həcmdə etməyi məsləhət görür. Bu zaman şirkət bu təklifi hədsiz dərəcədə axmaq və səmərəsiz adlandırır. Lakin sonda onlar risk etməyi və bəxtlərini sınamağı qərara alırlar.

Nəticə indi hər birimizin gözü qarşısındadır. Diş məcununun xaricə çıxması üçün nəzərdə tutulmuş bu dəliklər indi də iri həcmlidir. Burada mahiyyət ondan ibarət idi ki, dəliyin diametrini artırmaqla bir dəfə üçün istifadə olunan məcunun həcmi də artmışdı. Bunun da nəticəsi olaraq qeyd edək ki, insanlar daha tez-tez yeni məcun almalı olurdular və bu səbəblə də şirkətin satış həcmləri sürətlə artmışdı.

Son xəbərlər
Digər xəbərlər