9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın AİB qarşısında öhdəlikləri açıqlanıb

2020-ci ilin əvvəlinə Azərbaycanın Asiya İnkişaf Bankı (AİB) qarşısında öhdəlikləri 251,5 mln. ABŞ dolları təşkil edib.

Öhdəliklərin 250 mln. dolları AİB-in Azərbaycana ayrılan “İdarəçiliyin təkmilləşdirilməsi və səmərəli dövlət sektoru proqramının – Alt proqram 2” (“Improving Governance and Public Sector Efficiency Program, Subprogram 2”) payına, 1,5 mln. dolları isə texniki yardımın payına düşüb.

Xatırladaq ki, 1999-cu ildən AİB Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkəyə texniki yardım, kredit xətti, qrant və s. şəklində 4,19 mlrd. həcmində vəsait ayırıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər