Azərbaycanda bu günə qədər 3387 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 2055 nəfər müalicə olunaraq sağalmış, 40 nəfər vəfat etmiş, 1292 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 45 nəfərin vəziyyəti ağır, 57 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Azərbaycanda koronavirusa yoluxanlar daha çox 50-59 yaşlı insanlardır. Ümumi yoluxma üzrə yaş bölgüsü isə belədir: 0-9 yaş 5%, 10-19 yaş 16%, 20-29 yaş 14%, 30-39 yaş 18%, 40-49 yaş 16%, 50-59 yaş 22%, 60-69 yaş 13%, 70-79 yaş 4% və 80 yaşdan yuxarı 2%.
Ölkədə COVID-19 virusuna yoluxanlar arasında qadınlar 57%, kişilər isə 43% təşkil edir.
Vəfat edən 40 nəfər arasında yaş bölgüsü isə belədir: 40-49 yaş 6%, 50-59 yaş 22%, 60-69 yaş 36%, 70-79 yaş 25%, 80 yaşdan yuxarı 11%.
Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı rəsmi rəqəmlərə görə, bu günə kimi ölkə ərazisində koronavirusdan vəfat edənlərin siyahısı belədir: 1961-ci il, 1932-ci il, 1956-cı il, 1965-ci il, 1977-ci il, 1949-cu il, 1961-ci il, 1943-cü il, 1949-cu il, 1942-ci il, 1944-cü il, 1956-cı il, 1958-ci il, 1969-cu il, 1969-cu il, 1957-ci il, 1951-ci il, 1944-cü il, 1960-cı il, 1935-ci il, 1963-cü il, 1940-cı il, 1946-cı il, 1961-ci il, 1933-cü il, 1955-ci il, 1935-ci il, 1960-cı il, 1949-cu il, 1953-cü il, 1956-cı il, 1957-ci il, 1951-ci il, 1961-ci il.
Qeyd edək ki, koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, vətəndaşlar diqqətli olmalı, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməli, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar və müəyyənləşdirdiyi qaydalara tam əməl etməlidir.