8 C
Baku
Friday, December 13, 2024

“İnternational” BOKT zərərdən mənfəətə keçib – Vəziyyəti məlum oldu

“International” QSC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 13 min 899 manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2018-ci ildən 14 min manat zərərlə çıxmışdı.

Banker.az xəbər verir ki, ötən il “International”ın faiz gəlirləri 4 milyon 642 min manat, faiz xərcləri isə 1 milyon 396 min manat, xüsusi ehtiyatlara ayırmaları 537 min manat təşkil edib.

Bu il yanvarın 1-nə “International”ın aktivləri 10 milyon 544 min manat olub ki, bu da illik müqayisədə 22,5% çoxdur. Bunun 9 milyon 354 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 34,4% böyüyüb.

Hesabat dövründə “International”ın öhdəlikləri 24,5% artaraq 9 milyon 772 min manata çatıb, balans kapitalı isə 2% artaraq 772 min manata yüksəlib.

6776

Son xəbərlər
Digər xəbərlər