13 C
Baku
Friday, November 22, 2024

İnzibati işlər üzrə mütəxəssis – Horadiz (Vijn Fond AzərKredit)

TƏLƏBLƏR:

  • Ali təhsil;
  • Azərbaycan dilində şifahi və yazılı olaraq yaxşı əlaqələr qurma qabiliyyəti; İngilis dilini bilənlərə üstünlük verilir;
  • Word, Excel və Database proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Şirkətin missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq;
  • Əla ünsiyyət qurma bacarıqlı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;
  • İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;

ÖHDƏLİKLƏR:

  • AzərKreditin fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;
  • Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
  • Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
  • Telefon və faksla vasitəsilə aparılan əlaqələndirmə işlərini həyata keçirilməsi;
  • Müştərilərin məlumat bazasının işlənməsi (müştərilərə aid məlumatı siyahıya daxil edir, düzgün məlumatlandırma üçün məlumat bazasını saxlayır, təşkil edir və yeniləyir), sistemləşdirmə (filial sənədlərinin sistemləşdirilməsini təşkil edir və saxlayır), əlaqələr (nəzakətli və təcrübi tərzdə bütün daxil olan zənglərə cavab verir, filialın bütün aidiyyatı işçi heyətinə telefon mesajları yazır və göndərir, məxfiliyə riayət edir, faksla sənədləri aidiyyatı işçi heyətə göndərir və qəbul edir) işlərinin yerinə yetirilməsi;
  • İşə davamiyyət cədvəlini və tələb olunan digər hesabatları hazırlanması;
  • Müştəri məlumatlarının və şöbə sənədlərinin qovluqlarda saxlanılması;
  • Ofis təchizatının idarə edilməsi (bütün tələb olunan ofis təchizatları üçün ödəniş tələbnaməsini doldurur, artıq xərc çəkmədən təchizatı alır və ofisi təmin edir) kimi sistemlərini təşkil edilməsi, inkişaf və idarə edilməsi;

AzərKredit rəqabətli bir mühitdə fəaliyyət göstərir və təşəbbüskar, daim inkişafda olan dinamik namizədlər axtarışındadır. Yuxarıdakı tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini və maraqlarını ifadə edən müraciətlərini 26 avqust 2014-cü il tarixinədək AzərKredit-in Horadiz filialına təqdim etsinlər. İşə qəbul anketini AzərKredit-in Horadiz filialından və ya http://azercredit.az/az/career/how_to_apply saytından yükləməklə əldə edə bilərsiniz.

Müraciət etdiyiniz vəzifənin adını ərizənizdə, yaxud məktubunuzun mövzu hissəsində göstərin (Horadiz filialına müvəqqəti İnzibati işlər üzrə mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, işəqəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected];                    Faks: +99412 597 30 39

Son xəbərlər
Digər xəbərlər